Dizayn prosesi

Qrafik dizayn müasir qablaşdırma istehsalının ayrılmaz hissəsidir.Qablaşdırma dizaynları məhsulun markalanması, rəf cəlbediciliyi, funksionallıq və məhsulun qorunması kimi amilləri nəzərə alınaraq yaradılır. Onlar estetika, mətbəə və struktur dizaynı birləşdirərək vizual olaraq diqqəti çəkən və funksional qablaşdırma həlləridir.

Fin-Plast İnternational dizayn komandası öncəliklə müştərinin istəyinə uyğun sifarişi hazırlayır.Müştərinin xəyal etdiyi dizaynın ilk eskizi çıxarılır,qarşı tərəfdən hər hansısa bir dəyişiklik və ya əlavə stəyi olarsa bu tələbə uyğun son düzəlişlər edilir.Təstiqlənmiş  dizayna məhsul barədə məlumatlar əlavə olunur.Sonra çapa hazırlanmaq üçün rəngayırma mərhələsinə keçilir.Bu işin son dərəcə diqqət və məsuliyyət tələb edən mərhələsidir.Bütün bu proseslər bitdikdən sonra hazır dizaynın qəlibi hazirlanır və sonda hazır qəlib çapa yola alınır.
 

Çapaqədərki mərhələ

Mövzu müştərilərin xəyal etdiyi çapı məhsulun üzərində görməkdirsə illərin təcrübəsinə sahib olan Fin-Plast İnternational qrafik-dizayn komandası əsl yaradıcı güc qaynağıdır.Biz bilirik ki, xətasız məhsul keyfiyyətli qəlib və zövqlü dizayndan asılıdır. 

Ekstruziya

Bu sahədə dərin təcrübəmiz hər bir müştərinin tələblərinə ayrı-ayrı uyğunlaşmamız, maliyyə üstünlükləri və ən  önəmlisi çevrə dostu fikirlərimizlə sizlərin yanındayıq.

Çap

Bazarın ən tanınmış və məşhur markalarına ən canlı rənglərlə çap xidməti təklif edirik.Belə ki, Avropanın ən tanınmış marakalarının istehsalı olan 8 rəngli çap maşınları ilə biz mat,parlaq, mat-parlaq, kağız effektli qablaşdırmaların istehsalını həyata keçiririk. 

Laminasiya mərhələsi

Sadə solventsiz və ya solventli işləmlərlə yanaşı xarici təsirlərə davamlı 3 qatlı laminasiyalı məhsullar istehsalı ilə məşğuluq.Müxtəlif növ laminasiya filmləri- PET,OPP,CPP,folioalüminium,PE, kağız  istehsalı müəssisəmizdə mövcuddur.

Keyfiyyətə nəzarət

Müştərilərin tələb etdiyi özəlliklərin tam-tamına gerçəkləşdirilməsini qarantiyalamaq üçün bütün məhsullarımız, istehsalın hər mərhələsində tez-tez və dəqiqliklə keyfiyyət nəzarət yoxlanışından keçir.

Dilimləmə

Sifariş olunan məhsullar müştəriyə təslim edilməzdən əvvəl son mərhələsi dilimləmədir. Belə ki, hazır məhsul lazımi ölçülərə görə dilimlənir, qablaşdırılır və çatdırılmaq üzrə yola düşür.

Müxtəlif növ paketlərin hazırlanması

Müəssisəmizdə müxtəlif növ yüksək keyfiyyətli paketlər istehsal olunur. Qulplu, qulpsuz, təxviyyə (isti yapışqanlı qulplu, soyuq yapışqanlı) paketlər, altdan körüklü, körüksüz, mat və parlaq çaplı, yapışqanla bağlanan və s. paketlər istehsal edirik.

Çatdırılma

Müştərilərimizin istəyinə uyğun olaraq Incoterms  2020 şərtlərinə uyğun olaraq çatdırılma həyata keçirilir.